037f3c3d-4e9e-4b8a-8e78-c72931e0d66b..jpg

Abramoviç “Çelsi”nin satışından əldə olunan gəliri Ukraynaya verəcək

Baxış sayı: 918 dəfə baxılıb.

Abramoviç “Çelsi”nin satışından əldə olunan gəliri Ukraynaya verəcək

“Çelsi”nin satışından əldə edilən 2,3 milyard funt sterlinq Ukraynaya dəstək
üçün gedəcək.

Britaniya hökuməti artıq bu məbləği köçürməyə hazırdır, lakin Aİ-dən yekun
razılıq almalıdır.

Qeyd edək ki, milyarder Roman Abramoviç ötən ilin ortalarında “Çelsi” klubunu
amerikalı iş adamı Todd Bouliyə 4,25 milyard funt sterliqəsatıb
.

Mənbələr bildiriblər ki, tarixdə müharibə qurbanlarına verilən ən böyük
xeyriyyə ianələrindən biri olacaq bu məbləğ həftələr ərzində hələ adı
açıqlanmayan bir fonda köçürülə bilər.

Təfərrüatların yaxın iki həftə ərzində məlum olacağı bildirilir.

Yeri gəlmişkən, bu, rusiyalı oliqarxın Ukraynaya ilk yardımı deyil. Xatırladaq
ki, Roman Abramoviç Rusiyadan olan danışıqlar nümayəndə heyətinin üzvü olub və
2022-ci ilin yazında bir neçə dəfə Kiyevə səfər edib. Onun danışıqlarda
iştirakını və paytaxta səfərini prezident Vladimir Zelenski şəxsən təsdiqləyib.

Mənbə: The Telegraph

Source link