Rusiyalı biznesmen, Londonun “Çelsi” klubunun sahibi Roman Abramoviç Böyük Britaniyaya yeni viza əldə etmək üçün ingilis hökumətinə böyük mülkiyyətə necə sahib olduğu ilə bağlı hesabat verməli olacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb.
Məlumatda bildirilib ki, onun 40 aylıq “Tier 1” investorunun vizasının müddəti apreldə başa çatıb. Bu zaman o, Böyük Britaniya sərhədlərindən kənarda olub.
Nəticədə Abramoviç daha sərt qaydalarla yeni viza almaq üçün müraciət etməli olub.
Bundan əvvəl, Britaniya baş nazirinin nümayəndəsi bildirib ki, 2014-2015-ci illərdən Britaniya hökuməti “Tier 1” tipli investorlara viza verilməsi şərtlərini ağırlaşdırıb.