Abramoviç LaLiqa klubunu ala bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İspaniyanın “AS” qəzeti sensasiyalı bir xəbər yayıb: “Çelsi”nin keçmiş sahibi
“Valensiya”nı almaq niyyətindədir.
Abramoviç səhmlərin neçə faizini alacaq, rəhbər vəzifələrə kimləri təyin
edəcək, nə qədər vəsait yatıracaq – hələlik belə detallar məlum deyil.
Qeyd edək ki, “Valensiya”nın hazırki sahibi Peter Limdir. O, 2014-cü ildən
kluba rəhbərlik edir.
Xatırladaq ki, “Çelsi” satıldıqdan sonra Roman Arkadyeviç 2022-ci ildə də
“Valensiya” ilə maraqlanırdı.