Rusiyalı biznesmen Roman Abramoviç şəxsi təyyarəsi ilə İsrailə uçaraq orada vətəndaşlıq almaq üçün prosedurlardan keçib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Yedioth Ahronoth qəzeti məlumat yayıb.
Mayın 24-də “Israel Hayom” qəzeti Abramoviçin İsrailə mühacirət etməsilə bağlı məlumat yazmışdı. Belə ki, biznesmenin İngiltərədə viza alması çətindir. Nəşrin məlumatına əsasən, “Çelsi” klubunun sahibi hazırda Tel-Əvivin ən mötəbər turizm hissəsində nəhəng qəsr tikdirir.