ABŞ Əsəd ordusuna zərbələr endirə bilər

ABŞ Əsəd ordusuna zərbələr endirə bilər

Baxış sayı: 2. 261 dəfə baxılıb.

ABŞ Suriyada dinc sakinlərə qarşı kimyəvi silahdan istifadəyə cavab olaraq Bəşər Əsədə sadiq hökumət qüvvələrinin mövqelərinə aviazərbələr endirə bilər.

ÇıxışYolu.Com CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Ceymz Mattis bəyan edib.

“Mən hal-hazırda heç nəyi istisna etmirəm. Biz ilk növbədə niyə hələ də Suriyada kimyəvi silahlardan istifadə olunduğunu araşdırmalıyıq. Halbuki Rusiya bütün kimyəvi silahların Suriyadan çıxarıldığına zamin durmuşdu.

Biz bu istiqamətdə Qətər və digər ölkələrdən olan müttəfiqlərimiz, NATO tərəfdaşlarımızla müzakirələr aparırıq” deyə  Mattis  Pentaqonda Qətər əmiri şeyx Tamim Bin Həməd Əl Tani ilə keçirilən görüşdə bildirib.

Bu arada ABŞ prezidenti Donald Tramp isə öz növbəsində  48 saat ərzində Suriya ilə bağlı vacib qərarın qəbul olunacağını elan edib.

F.M.
www.ÇıxışYolu.Com