ABŞ-ın “StrategEast” strateji mərkəzi siyasi inkişafın Qərb modellərinin qəbul edilməsi və həyata keçirilməsi səviyyəsinə görə postsovet ölkələrinin “Westernization Index – 2018” reytinq cədvəlini hazırlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, Ermənistan 100 mümkün baldan 48,5 balını toplayaraq, yeddinci yerdə qərarlaşıb.
“Bu ölkə siyasi və iqtisadi faydaları maksimuma çatdırmaq üçün Qərb və Rusiya arasındakı münasibətləri balanslaşdırmaq istəyir”, – nəşrin məlumatında deyilir.
Əli Məmmədov
www.ÇıxışYolu.Com