ABŞ Ankaraya “S-400”ün alternativini təklif etdi

ABŞ Ankaraya “S-400”ün alternativini təklif etdi

Baxış sayı: 2. 379 dəfə baxılıb.

ABŞ Türkiyəyə Rusiyadan almağa çalışdığı “S-400” zenit-raket komplekslərinin alternativini təklif edib.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

“Əlbəttə ki, Türkiyənin tutduğu bu siyasi kurs düzgün deyil. Onlar “S-400” alsalar bizimlə onların arasında, Türkiyə ilə NATO-nun arasında çoxlu problemlər ortaya çıxacaq.

Biz onlara diplomatik təzyiqlər göstəririk, həmçinin həmin silahlara alternativlər təklif edirik”,- deyə Pompeo ABŞ Senatındakı dinləmələrdə etdiyi çıxışda diqqətə çatdırıb.

Pompeo Ankranın atacağı addımların NATO hədəflərinə uyğun olacağına ümidvar olduğunu ifadə edib.

Xatırladaq ki, ötən ilin dekabr ayında Ankarada “S-400” zenit-raket komplekslərinin tədarükü ilə bağlı Rusiya və Türkiyə arasında kredit müqaviləsi bağlanıb.

Türkiyə müdafiə sənayesi katibliyinin bəyanatına əsasən, Ankara bu kompleksin türkiyəli şəxsi heyətin sərəncamında olacaq iki batareyasını alacaq.

.
www.ÇıxışYolu.Com