ABŞ Azərbaycan – Ermənistan münasibətlərinin normallaşdırılmasında Türkiyənin
məhsuldar rolunu alqışlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında
Türkiyənin məhsuldar rolunu alqışlayır.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.
“Bu mövzu ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri
Hakan Fidan arasında aparılan müzakirələrin bir hissəsidir. Bu, onların
mütəmadi olaraq müzakirə etdiyi məsələdir. Biz Türkiyənin bu məsələdə məhsuldar
rolunu alqışlayırıq. Türkiyə xarici işlər nazirinin sülhlə bağlı sözləri ilə
razıyıq. ABŞ buna nail olmaq üçün iki tərəf arasında birbaşa danışıqları
dəstəkləyir”, – M.Miller qeyd edib.