Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistanın sərhədlərin
delimitasiyası ilə bağlı prosedur qaydalarını rəsmiləşdirmək qərarını
alqışlayır.
Cixisyolu.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu
Miller “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu, davamlı dialoq vasitəsilə tərəqqinin mümkün olduğunu
nümayiş etdirir:
“Biz regionda təhlükəsizlik, firavanlıq naminə davamlı və layiqli sülhə nail
olmaq üçün hər iki tərəfin işini dəstəkləyirik”, – M.Miller bildirib.
The U.S. commends Armenia and Azerbaijan for formalizing the rules of
procedure for border delimitation, demonstrating that progress is possible
through sustained dialogue. We support both sides’ work towards a durable,
dignified peace for security and prosperity in the region.
— Matthew Miller (@StateDeptSpox) October 31, 2024