ABŞ: Azərbaycan və Ermənistanla sülh sazişi üzrə yaxından işləməkdə maraqlıyıq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzrə yaxından işləməkdə
maraqlıdır”.
“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin
birinci müavini Vedant Patel brifinqdə deyib.
“ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün
danışıqların aparılmasında maraqlıdır. Prosesdə iştirak edən tərəflərlə sıx
koordinasiyada finişə çatmaq üçün səylə çalışacağıq”, – o, jurnalistin sualını
cavablandırarkən bildirib.