7b28aa25-2b01-44c7-9fde-2c7b12555dcd..jpg

ABŞ Bakıdakı hotellərin birində Azərbaycandakı agentura şəbəkəsi ilə görüşəcək – FOTO

Baxış sayı: 441 dəfə baxılıb.

ABŞ Bakıdakı hotellərin birində Azərbaycandakı agentura şəbəkəsi ilə görüşəcək
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Azərbaycandakı Səfirliyi ABŞ-də təhsil almış azərbaycanlı məzunlarla
görüş keçirəcək.

“Qafqazinfo” noyabrın 27-də Bakıda məşhur “JW Marriott Absheron” hotelində baş
tutacaq görüşlə bağlı bir sıra maraqlı məqamları əldə edib.

Məsələ burasındadır ki, tədbirin adı sözdə “məzunlarla görüşdür”.

Reallıqda isə bu, ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən öz agentura
şəbəkəsinin bir araya gəlməsidir.

Aydın məsələdir ki, son günlərdə Azərbaycanla ABŞ arasında siyasi gərginlik
hiss olunur. Bu gərginliyin nəticəsidir ki, istər Qərbdən, istərsə də ABŞ-nin
özündən ölkəmizə qarşı ikili standartlar sərgilənir.

Təcili görüşün təşkil olunması da ABŞ-nin ölkəmizdə fəaliyyət göstərən
agentura şəbəkəsinin tədricən ifşa olunmasından qaynaqlanır. Bu görüşdə ABŞ-də
təhsil almış, əslində isə təhsil adı altında ABŞ-də olarkən məxfi əməkdaşlığa
cəlb edilmiş şəxslər iştirak edəcəklər.

Artıq iştirakçılara “Məzunların yubiley qalası” adlı dəvətnamə də göndərilib.
“Tədbir” həmin gün 18:30-da başlayacaq.

Əldə etdiyimiz məlumata görə, Azərbaycanın hüquq-mühafizə orqanları artıq
məsələdən məlumatlıdır, iştirakçıların gələcəkdə ifşa olunması üçün tədbirin
nəzarətə götürüldüyü bildirilir.

Source link