ABŞ bazasında “daxili hücum”: ölən var

Baxış sayı: 2. 501 dəfə baxılıb.

ABŞ bazasında “daxili hücum”: ölən var

NATO-nun mətbuat xidmətinin yaydığı məlumata görə, ABŞ-ın Əfqanıstandakı hərbi bazasında amerikalı əsgərin xidmət yoldaşlarına hücum zamanı bir nəfər ölüb, bir nəfər isə yaralanıb. 

ÇıxışYolu.Com “Reuters” agentliyinə istinadla xəbər verir ki, hücumun NATO əsgəri və ya ABŞ bazasında xidmət aparan əfqan əsgəri tərəfindən törədildiyi araşdırılır. 

İlin əvvəlindən bəri Əfqanıstanda ölən altıncı amerikalı əsgərdir. 

İnsident amerikalı əsgərin Əfqanıstan ordusunun hərbi qulluqçusu tərəfindən öldürülməsindən iki ay sonra baş verib. 

Agentlik bildirib ki, əfqan əsgərlər tərəfindən NATO-nun hərbi qulluqçularına bu cür “daxili hücumlar” tez-tez baş verir. 

www.ÇıxışYolu.Com