ABŞ bu dəfə Avropa İttifaqını hədələdi

Baxış sayı: 3. 538 dəfə baxılıb.

ABŞ bu dəfə Avropa İttifaqını hədələdi

Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarını pozsa, Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, bunu ABŞ dövlət katibi Maykl Pompeo BMT Təhlükəsizlik Şurasının İranla bağlı iclasının yekunlarına dair bəyan edib.

O bildirib ki, İrana qarşı sanksiyalarla bağlı müəyyən istisnalar var. Söhbət dərman və ərzaqdan gedir.

“Əgər ticarət əlaqələri bu istisnalarla bağlıdırsa, biz sanksiya tətbiq etməyəcəyik. Lakin hansısa məhdudiyyətimiz pozulsa, istənilən tərəfə qarşı sanksiya tətbiq etməyə hazırıq”, – deyə o vurğulayıb.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!