Birləşmiş Ştatlar bütün dünyada Rusiya xüsusi xidmət orqanlarının agentlərinə təzyiq göstərəcək.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi jurnalistlərə verdiyi açıqlamada bəyan edib.
“Qəbul olunmuş ölçülərin miqyası bizi tam qane edir. Demək olar ki, 30 dövlət rusiyalı diplomatları qovub. Ancaq bundan daha artığını da etmək olar. Biz bütün dünyada Rusiyanın xüsusi xidmət orqanları agentlərinə təzyiqlər göstərməyi davam edəcəyik. Bu istiqamətdə öz tərəfdaşlarımızla yaxından işləyəcəyik” deyə adı açıqlanmayan rəsmi bildirib.