ABŞ Cəbəllütariqdə həbs olunan İran gəmisi üçün rüşvət təklif edibmiş

Baxış sayı: 2. 087 dəfə baxılıb.

ABŞ Cəbəllütariqdə həbs olunan İran gəmisi üçün rüşvət təklif edibmiş

ABŞ Cəbəllütariqdə həbs olunan, daha sonra sərbəst buraxılan İran neft tankeri “Adrian Darya”nın kapitanına gəmini təhvil verməsi üçün pul təklif edibmiş.

REN TV xəbər verir ki, Vaşinqton gəmini və onun kapitanı Axileş Kumarı sanksiyalara daxil etmişdi.

ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk kapitandan gəmini Birləşmiş Ştatlar adından müsadirə etməyi və bu ölkəyə çatdırmağı təklif etmişdi.

Maraqlıdır ki, bunun üçün Kumara bir neçə milyon dollar da təklif olunub.

Lakin kapitan bu təkliflə razılaşmayıb.