20d25739-b3d7-4fb7-b041-38ad6139bdbb..jpg

ABŞ-də Azərbaycan və Türkiyə bayraqları daşıyan türklər ermənilərə etiraz etdilər – FOTO

Baxış sayı: 787 dəfə baxılıb.

ABŞ-də Azərbaycan və Türkiyə bayraqları daşıyan türklər ermənilərə etiraz
etdilər – FOTO

Hər il aprelin 24-də, qondarma erməni soyqırımının ildönümündə ABŞ-dəki erməni
dəstələr türk missiyaları qarşısında təxribat xarakterli yürüşlər və aksiyalar
təşkil edirlər.

Erməni qrupları bu il də ənənələrini pozmayıblar.

Onlar Türkiyə və Azərbaycan əleyhinə plakatlar və şüarlar səsləndirərək
Türkiyənin Vaşinqtondakı səfirliyi və Azərbaycan səfirliyi qarşısında yürüş
keçiriblər.

Türkiyə vətəndaşları Vaşinqton səfirliyi və səfirlik iqamətgahı qarşısına
toplaşaraq erməni qruplaşmalarına etiraz ediblər.

Onlar Türkiyə və Azərbaycan bayraqları daşıyaraq erməni qruplarına yürüş və
şüarlarla etirazlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan səfiri Xəzər İbrahim qondarma erməni soyqırımının
ildönümündə ABŞ-də yaşayan ermənilərin Azərbaycanın Vaşinqtondakı səfirliyi
qarşısında mitinq keçirdikləri barədə “Twitter” hesabındaməlumat paylaşıb
.

Mənbə: Anadolu

Source link