b6f4f79b-9472-4c1d-ac3d-65ba46aedc96..jpg

ABŞ-də ermənilərin təxribatının qarşısını alan həmyerlimizə qarşı cinayət işinə xitam verilib – FOTO

Baxış sayı: 611 dəfə baxılıb.

ABŞ-də ermənilərin təxribatının qarşısını alan həmyerlimizə qarşı cinayət
işinə xitam verilib – FOTO

ABŞ-də erməni təxribatının qarşısını alan həmyerlimiz Aludə Zeynalova haqqında
Nyu-York Əyalətinin Cinayət Məhkəməsi tərəfindən erməni təxribatçı Meri
Cobanyanın şikayəti əsasında başladılan cinayət işi üzrə məhkəmə prosesi başa
çatıb.

“Report” xəbər verir ki, Nyu-York Əyalətinin prokurorluğu erməni təxribatçının
şikayəti ilə haqqında cinayət işi başlanılan A.Zeynalovanın təqsirsiz olması
barədə qərar çıxarıb.

Qeyd edək ki, avqustun 18-də ABŞ-nin Nyu-York şəhərində BMT-nin
mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat
törədən ermənilərdən birinin – Meri Cobanyanın şikayəti əsasında Nyu-York
polisi tərəfindən saxlanılan həmyerlimiz cinayət məcəlləsinin beş maddəsi ilə,
o cümlədən Ermənistandan olan Meri Cobonyana üçüncü dərəcəli bədən xəsarəti
yetirməkdə ittiham edilirdi.

Cinayət prosesinin ilkin mərhələsində həmyerlimizin hüquqlarının müdafiəsini
ABŞ dövlətinin təyin etdiyi vəkil, əslən Cənubi Azərbaycandan olan Doran Khoyee
Abbası təmsil edib. D.Abbasın ermənilərin təzyiqi ilə proseslə bağlı baş
verənləri yaxından izləmədiyi ortaya çıxdıqdan sonra həmyerlimizlə bağlı
şikayət üzrə prosesin davamını Nyu-Yorkda fəaliyyət göstərən azərbaycanlı
vəkil, keçmiş prokuror Rövşən Şərifov üzərinə götürüb.

Azərbaycanlı vəkil bildirib ki, o, baş verənlərlə bağlı müfəssəl şəkildə
topladığı sübutları, şahid ifadələrini və hadisəyə dair videogörüntüləri şəhər
prokurorluğuna təqdim edib. Nyu-York Əyalətinin prokurorluğu toplanan dəliləri
araşdırdıqdan sonra A.Zeynalovaya qarşı bütün cinayət ittihamlarını ləğv edib
və onun günahsız olduğuna dair qərar verib.

Source link