f2ae8052-8556-452a-b413-f0add1b19c86.webp

ABŞ-də “Helen” qasırğası: Minlərlə insan susuz qaldı

Baxış sayı: 303 dəfə baxılıb.

ABŞ-də “Helen” qasırğası Aşvil şəhərinin (Şimali Karolina) su təchizatı
sistemlərini sıradan çıxarıb və nəticədə 100 minə yaxın insan təmiz sudan
məhrum olub.

Bu barədə Cixisyolu.com “Axios” portalına istinadən xəbər verir.

Portalın məlumatına görə, Aşvilin 100 minə yaxın sakini hələ həftələrlə təmiz
susuz qala bilər. Eyni zamanda, qasırğadan sonra sel sularının çəkilməsi kif,
mədə-bağırsaq xəstəlikləri və susuzlaşdırma riskləri yaradır. Ştat rəhbərliyi
su təchizatının bərpası üzərində işləyir, əhaliyə suyun ciddi şəkildə
qaynadılması və təmizlənməsi qaydalarına riayət etmək tövsiyə olunub.

Xatırladaq ki, daha əvvəl “Helen” qasırğası nəticəsində ABŞ-də ölənlərin
sayının 175-ə çatdığı bildirilmişdi. Ən çox qurbanların sayı isə Şimali
Karolina ştatında 90 nəfər olaraq qeydə alınıb. Cənubi Karolina ştatında 36,
Corciya ştatında 25, Floridada 14, Tennessidə 8, Virciniyada iki nəfər həyatını
itirib.

“Moody’s Analytics” maliyyə şirkətinin ekspertlərinin fikrincə, “Helen”
qasırğasının iqtisadi ziyanı təxminən 34 milyard dollar təşkil edəcək.

Source link