45a5e182-e2e3-4121-8b14-ba30a2926748..jpg

ABŞ-də “Helluin” şənliyində atışma: Ölən və yaralananlar var – VİDEO

Baxış sayı: 613 dəfə baxılıb.

ABŞ-də “Helluin” şənliyində atışma: Ölən və yaralananlar var – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Florida ştatının Tampa şəhərində atışma olub.

İlkin məlumatlara görə, insident nəticəsində azı iki nəfər ölüb, 18 nəfər
yaralanıb.

Hadisə “Helluin” bayramı zamanı küçədə baş verən kütləvi davanın
iştirakçılarından birinin atəş açması zamanı törənib.

Qeyd edək ki, ABŞ-nin daha iki şəhərində “Helluin” bayramı şərəfinə təşkil
edilən ziyafətlərdə 10-dan çox insan güllələnib. Ən azı iki nəfər ölüb,
altısının vəziyyəti ağırdır.

Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Videoda İllinoys ştatının Çikaqo şəhərindəki vəziyyət əks olunub. Orada 15
nəfər güllə yarası alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Həmçinin, Massaçusets ştatının Mansfild şəhərində də atışma olub. Təcili
yardım maşını ağır vəziyyətdə olan dörd yerli sakini təcili olaraq xəstəxanaya
çatdırıb. Onlardan başqa daha iki nəfər yerindəcə dünyasını dəyişib, ölənlərin
hər ikisi azyaşlı olub.

Hazırda polis baş verənlərlə bağlı araşdırma aparır.

Mənbə: TASS


Source link