da584dbf-9691-48e5-a1be-3064d480dc29.webp

ABŞ-də oğrular evə girdi və ölmüş ev sahibini tapdılar: Hadisənin sonu polisləri də təəccübləndirdi

Baxış sayı: 188 dəfə baxılıb.

ABŞ-də baş verən heyrətamiz hadisə, hətta təcrübəli polisləri belə
təəccübləndirib. Belə ki, yeddi nəfərdən ibarət bir qrup oğurluq məqsədilə
fərdi evə daxil olub, lakin orada 71 yaşlı sahibin mumiyalaşmış cəsədini
tapıblar. Cinayət yerindən qaçmaq əvəzinə, oğrular mumiya ilə birlikdə evdə
yaşamağa qərar veriblər.

Cixisyolu.com-ın WSBTV-yə istinadla verdiyi məlumata görə, hadisə Corciya ştatında
qeydə alınıb.

İlkin məlumatlara görə, tək yaşayan ev sahibi yayın əvvəlində vəfat edib və
onun cəsədi bir neçə ay qalaraq mumiyaya çevrilib. Dəhşətli tapıntını aşkar
edən cinayətkarlar isə özlərini itirməyiblər, onlar varidatı qarət etməkdən
əlavə bir neçə müddət evdə yaşamağa qərar veriblər. Mərhumun pullarına çıxış
əldə etmək üçün onun kredit kartlarından, çeklərindən də istifadə etməyə
başlayıblar.

İşin üstü polislər yoxlama üçün gələndə aşkar edilib. Onlar qapıda qırılma
izlərini və ev sahibinin mumiyalaşmış cəsədini aşkar ediblər.

“O, vanna otağında tapıldı və evdə yalnız bir vanna otağı var idi”, – deyə
Kobb dairəsi polis idarəsinin detektivi Daniel Qoduto qeyd edib. Görünür,
oğrular mumiya ilə qonşuluqdan çəkinməyiblər və bir müddət evdə rahat
yaşayıblar.

Polis araşdırmalara başlayıb və tezliklə yeddi şübhəlinin hamısı saxlanılıb.

Source link