Noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkisində 43,3 milyondan çox ölkə
vətəndaşı erkən səs verib.
Cixisyolu.com xəbər verir ki, bu rəqəm Florida Dövlət Universitetinin saytında dərc
olunub.
Ekspertlərin hesablamalarına görə, ABŞ-də artıq 43 milyon 356 min 685 nəfər
erkən səs verib. Onlardan 21,9 milyonu – şəxsən, 21,4 milyonu poçt vasitəsilə
öz hüququndan istifadə edib.
Seçkilərdə erkən səs verən seçicilərin sayına görə lider ştat hazırda 5,4
milyon nəfərin artıq səs verdiyi Texasdır. Sonrakı yerləri Florida (4,6
milyon), Kaliforniya (4,2 milyon) və Corciya (2,8 milyon) ştatları tutur. 1
milyondan çox insanın erkən seçim etdiyi ştatlara Arizona, Vaşinqton,
Virciniya, İllinoys, Kolorado, Miçiqan, Ohayo, Pensilvaniya, Şimali Karolina və
Tennessi daxildir.