a85c8ff2-874a-40bb-9155-fa4415efc340..jpg

ABŞ-də Rusiyaya kömək edən iki amerikalı həbs edildi

Baxış sayı: 892 dəfə baxılıb.

ABŞ-də Rusiyaya kömək edən iki amerikalı həbs edildi

“ABŞ-nin Kanzas-Siti şəhərində iki amerikalı Rusiya Federasiyasına yardım
etdiyinə görə həbs edilib”.

Bu barədə ABŞ Ticarət Departamentinin nümayəndəsi Metyu Akselrod bildirib.

Amerikalılar ABŞ-nin ixraca nəzarət qaydalarını pozmaqda və Rusiyaya aviasiya
texnologiyaları göndərməkdə şübhəli bilinirlər.

Bildirilir ki, məsələ ilə bağlı ABŞ Ticarət Nazirliyi Federal Təhlükəsizlik
Bürosu və Ədliyyə Departamentinin prokurorları ilə əməkdaşlıq edir.

“59 yaşlı Kirill Buyanovski və 55 yaşlı Duqlas Robertson ABŞ-nin ixraca
nəzarət qanunlarından yan keçmək üçün əlbir fəaliyyət göstərməkdə və bütün
dünyada Rusiya istehsalı olan təyyarələrin istismarı ilə məşğul olan
müştərilərə aviasiya elektronikası satmaqda ittiham olunurlar”, – deyə bununla
bağlı yayılan məlumatda qeyd edilib.

Mənbə: “Reuters”

Source link