ABŞ-də təyyarədə qorxulu anlar şahid tərəfindən anbaan qeydə alındı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-də “Boeing”lə bağlı daha bir insident yaşanıb. Belə ki, “Southwest
Airlines” şirkətinə məxsus təyyarə havada olarkən mühərriklə bağlı problem
yaranıb.
Bu vaxt “Boeing 737”də 135 nəfər olub.
Baş verənlər sərnişinlərdən biri tərəfindən qeydə alınıb.
ABŞ Federal Aviasiya Administrasiyası xəbəri təsdiqləyib.
“Heyət uçuş zamanı mühərrikin korpusunun qopduğunu bildirib”, – deyə
açıqlamada vurğulanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Təyyarə Denver Beynəlxalq Hava
Limanına qayıdıb.
Yeri gəlmişkən, qeyd edək ki, bu, “Boeing”lə bağlı ilk belə hadisə deyil.
Martın ortalarında ABŞ-nin “United Airlines” aviaşirkətinin “Boeing” sərnişin
təyyarəsi havada olarkənörtük panelinin
hissəsi qopub. San-Fransiskoda isə eyni aviaşirkətə məxsus təyyarə havaya
qalxarkəntəkəri qoparaq düşüb
neçə avtomobilə zərər vurub.
Mənbə: Ura.ru