6c996997-b6eb-4406-97bf-4a20dad1c22a..jpg

ABŞ-də transgender boksçuların qadın yarışlarında iştirakına icazə veriləcək

Baxış sayı: 624 dəfə baxılıb.

ABŞ-də transgender boksçuların qadın yarışlarında iştirakına icazə veriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Boks Assosiasiyası (USA Boxing) 2024-cü ildən transgenderlərin qadın
turnirlərində müəyyən şərtlərlə iştirakına icazə verəcək.

Bu barədə “USA Boxing” məlumat yayıb.

18 yaşdan yuxarı transgenderlər öz seçdikləri kateqoriyada döyüşməyə icazə
veriləcək. Yetkinlik yaşına çatmayan idmançılar doğulduqları cinslərinə uyğun
olaraq yarışlarda iştirak edə biləcəklər.

Atletlər müəyyən meyarlara cavab verməlidirlər. Xüsusilə, onlar yeni cinsi
kimliklərini bəyan etməli, cinsiyyət dəyişdirmə əməliyyatı keçirməli və
müntəzəm olaraq hormon testlərindən keçməlidirlər.

Hər üç aydan bir hormonlara dair testlərindən keçmək və əməliyyatdan sonra ən
azı dörd il ərzində hormon səviyyələrini assosiasiyaya bildirmək tələb
olunacaq. Cinsiyyətini dəyişmiş kişilər üçün müəyyən edilmişdir ki, onların
qanında testosteron səviyyəsi litrdə 5 nanomoldan yüksək olmamalıdır.
Cinsiyyətini dəyişmiş qadınlar üçün bu rəqəm bir litr üçün 10 nanomoldan çox
olmalıdır.

Mənbə: Daily Mail

Source link