3d95c8b5-01e9-41b3-b252-0e64d548ca6a..jpg

ABŞ-də uçmağa hazırlaşan “Boeing 757” təyyarəsi təkərini itirdi – FOTO/VİDEO

Baxış sayı: 574 dəfə baxılıb.

ABŞ-də uçmağa hazırlaşan “Boeing 757” təyyarəsi təkərini itirdi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin “Delta” aviaşirkətinə məxsus “Boeing 757” təyyarəsi Atlanta Beynəlxalq
Hava Limanında havaya qalxmazdan əvvəl şassinin ön dayağındakı təkərini itirib.

Bu barədə ABŞ Federal Aviasiya Administrasiyasından məlumat verilib.

Bildirilir ki, təyyarə Atlantadan (ABŞ) Boqotaya (Kolumbiya) uçmalı idi.
Təyyarə havaya qalxmazdan əvvəl köməkçi yolla uçuş-enmə zolağına doğru hərəkət
edərkən burun hissədə şassinin dayağındakı təkər yerindən çıxıb.

Təyyarənin havaya qalxmaq cəhdinin necə başa çatacağı məlum deyil, ancaq
uçuş-enmə zolağı boyunca yuvarlanan təkəri qonşu təyyarənin pilotu görüb və o,
hadisə barədə həmkarlarını xəbərdar edib.

Mənbə: Daily Mail


Source link