ABŞ-də Ukrayna ilə bağlı məxfi məlumatları tanışlıq saytı ilə ötürən keçmiş
HHQ əməkdaşı saxlanlılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) keçmiş əməkdaşı tanışlıq saytı vasitəsilə
Ukraynadakı hərbi əməliyyatlarla bağlı məxfi məlumatları sızdırıb.
Qarşı tərəf müntəzəm olaraq ondan məxfi məlumatları ötürməsini xahiş edərək,
amerikalını “sevimli gizli agent” və “əziz Deyv” adlandırırdı.
63 yaşlı Devid Franklin Sleyter qarşı tərəfin ukraynalı qadın olduğunu sanaraq
müxtəlif kəşfiyyat məlumatları ötürürdü.
İndi isə onu 10 ilə qədər həbs gözləyir.
Mənbə: eurointegration.com.ua