ABŞ-də universitetin voleybol komandasının heyətində transgenderin olması
qalmaqal yaradıb.
Cixisyolu.com bu barədə “Fox Sports”a istinadən xəbər verib.
Belə ki, Nevada Universiteti San Xose Dövlət Universitetinin heyətində
transgender voleybolçu Bleyr Fleminqin olmasını əsas gətirərək qarşılaşmaya
çıxmaqdan imtina edib.
Universitet rəhbərliyi qərarla razılaşmasa da, voleybolçular matçda iştirakdan
imtina ediblər.
Nəticədə Nevada Universitetinə texniki məğlubiyyət verilib.