ABŞ-dən illik neft hasilatında dünya REKORDU
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA)
hesabatına əsasən, ölkədə neft hasilatı ardıcıl olaraq altıncı ildir ki, digər
ölkələrin hasilat səviyyəsini üstələyir.
“2023-cü ildə hasilat orta hesabla gündə 12,9 milyon barel olub və ABŞ-nin
2019-cu ildə müəyyən edilən əvvəlki qlobal rekordunu (12,3) qırıb”, – deyə
hesabatda bildirilib.
Qeyd olunub ki, orta aylıq neft hasilatına gəlincə bu, 2023-cü ilin dekabrında
gündəlik 13,3 milyon bareldən çox olmaqla rekord səviyyəyə çatıb.
Xatırladaq ki, Rusiyada sutkada 10,8 milyon barel olmaqla neft hasilatının pik
həddi 2019-cu ildə, Səudiyyə Ərəbistanında isə 10,6 milyon barel olmaqla
2022-ci ildə qeydə alınıb. Daha sonra bu ölkələrdə hasilat OPEC+ sazişi
çərçivəsində məhdudiyyətlər və əlavə könüllü ixtisarlara görə azalıb.
ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı birlikdə 2023-cü ildə qlobal neft
hasilatının 40%-ni (32,8 milyon barel) təmin edib.
Mənbə: TASS