ABŞ-dən Qazax rayonunun dörd kəndinin qaytarılmasına REAKSİYA – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycanın Qazax rayonunun dörd kəndinin
işğaldan azad edilməsini alqışlayıb.
Bu barədə Dövlət Departamentinin rəhbəri “X” sosial şəbəkəsindəki səhifəsində
paylaşım edib.
“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün
əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsinə razılıq verməsi xəbərini
alqışlayırıq. Bu, dayanıqlı sülh sazişinin bağlanması istiqamətində mühüm
addımdır”, – deyə bəyanatda bildirilir.
Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini
Şahin Mustafayev və Ermənistan Respublikası baş nazirinin müavini Mqer
Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyası və Delimitasiya Məsələləri
Komissiyasının səkkizinci iclası keçirilib.
Komissiyanın iclası zamanı bir sıra məsələlər, o cümlədən Qazax rayonunun
əvvəllər işğal olunmuş dörd kəndinin Azərbaycan tərəfinə qaytarılması barədə
razılıq əldə olunub.
We welcome the announcement that Armenia and Azerbaijan have agreed upon the
1991 Alma Ata declaration as the basis for border delimitation between the two
countries. This is an important step towards concluding a durable and dignified
peace agreement.
— Secretary Antony Blinken (@SecBlinken) April 20, 2024