d9523079-ddf0-4531-86a4-f4d62944626e..jpg

ABŞ-dən Türkiyəyə təzyiq: Rusiya aviaşirkətlərinin müəyyən təyyarələri ölkəyə daxil olmamalıdır

Baxış sayı: 990 dəfə baxılıb.

ABŞ-dən Türkiyəyə təzyiq: Rusiya aviaşirkətlərinin müəyyən təyyarələri ölkəyə
daxil olmamalıdır

“Vaşinqton rəsmiləri Türkiyəyə təzyiq edirlər ki, ABŞ istehsalı olan
təyyarələrdən istifadə edən Rusiya aviaşirkətlərinin reyslərinə və həmin
nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə icazə verməsin”.

Bu barədə “The Wall Street Journal” nəşrində dərc olunmuş məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, ABŞ rəsmiləri dekabr ayında bununla bağlı Türkiyə
tərəfinə xəbərdarlıq ediblər. Bildirilib ki, Türkiyə Rusiya və Belarusa və əks
istiqamətdə uçan ABŞ istehsalı təyyarələrin yanacaq doldurmalarına və
hissələrini dəyişdirmələrinə icazə verərsə, 2022-ci ildə tətbiq edilən ixraca
nəzarət qaydalarını pozmuş olacaq. Bu səbəbdən də Türkiyəyə qarşı tədbirlərin
görülməsi nəzərdən keçirilə bilər.

Mənbə: RT

Source link