ABŞ dəniz piyadası korpusunun bölmələri ekstremal hava şəraitində Rusiya və Şimali Koreya ilə hipotetik qarşıdurmaya hazırlaşır.
ÇıxışYolu.Com bu haqda Defense News-a istinadən xəbər verir.
Son il ərzində 600-ə yaxın dəniz piyadası Norveçdə xüsusi təlimlər keçiblər. Nəşrin məlumatına görə, təlimlərdə hərbiçilər hər detala diqqət yetirməyə çalışırlar.
Onlar şaxtada tutulan silah, hərbi texnika və rabitə vasitələrini idarə etməyi öyrənirlər. Bundan əlavə, dəniz piyadaları donmamaq üçün necə geyinmək, içməli suyu isitmək və qidalanmaq lazım olduğunu öyrənirlər.
A.B.
www.ÇıxışYolu.Com