ABŞ-ın Ayova ştatında dünyanın ən sərt abort qanunlarından biri qəbul olunub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Respublikaçıların böyük səs çoxluğu ilə qəbul etdiyi qanuna görə, USM müayinəsi zamanı ürək döyüntüsü aşkarlanan uşağın düşürülməsi qadağan edilib.
Beləcə hamilə qadınlar altıncı həftədən sonra abort etdirə bilməyəcək.
Qanun ştatın qubernatoru tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Yeni sərt qanun feminist fəalların və qadın haqları müdafiəçilərinin narazılığına səbəb olub.