ABŞ-ın Alabama ştatında 83 yaşlı məhbus edam edilib.
Bununla bağlı ÇıxışYolu.Com “Reuters” agentliyinə istinadla xəbər verir.
Volter Mudi 1989-cu ildə hakim və hüquq müdafiəçisini öldürməkdə ittiham olunub. İstintaq onun qurbanlarına poçt vasitəsilə bomba göndərdiyini sübut edib. Kişi sona qədər günahını etiraf etməyib.
Bu vaxta qədər ABŞ-da edam edilən ən yaşlı şəxs Con Nikson olmuşdu. O, 2005-ci ildə, 77 yaşında, Missisipidə edam olunub. Agentliyin məlumatına görə, ABŞ həbsxanalarında cəza çəkənlərin 40 faizinin yaşı 50-dən yuxarıdır.
Qeyd edək ki, martın 21-də Alabama ştatının nümayəndələr palatasının üzvləri ölüm hökmünün icrası zamanı azotdan istifadənin lehinə səs vermişdilər. Ölümcül inyeksiyadan istifadə etmək mümkün olmadıqda, bu üsulun tətbiqi təklif olunub.
“Bu, məhbusu yatırdacaq. Azotdan istifadə tez və ağrısız üsuldur”, – respublikaçıların nümayəndəsi Cim Hil deyib.