ABŞ-da 3D-printerdə silah çapına icazə verildi

Baxış sayı: 2. 435 dəfə baxılıb.

ABŞ-da 3D-printerdə silah çapına icazə verildi

ABŞ məhkəməsinin texaslı silah ustası Kodi Uilsona 3D-printerdə silah hazırlamağa rəsmi icazə verməsi yerli məmurların ciddi təşvişinə səbəb olub.

ÇıxışYolu.Com xəbər verir ki, bundan əlavə, məhkəmə “Wilson Defense Distributed” şirkətinin tapançalarının hazırlanması üzrə proqramın pulsuz yayılmasına da icazə verib. 

Maraqlıdır ki, plastik və 3D-texnologiyalar vasitəsi ilə hazırlanacaq silahların seriya nömrəsi olmayacaq. Həmçinin onların hazırlanmasına və gəzdirilməsinə də icazə almağa ehtiyac yoxdur.

Beləliklə də, avqustun 1-dən etibarən istənilən şəxs 3D-printer alaraq və “Wilson Defense Distributed” saytından müvafiq proqramı yükləyərək plastik tapançaların istehsalına başlaya biləcək.

www.ÇıxışYolu.Com