ABŞ Federal Aviasiya İdarəsi “Boeing” korporasiyası tərəfindən işlənib hazırlanmış yenilənmiş proqram təminatını bəyənib.
“Wall Street Journal” xəbər verir ki, yenilənmiş proqram təminatı təyyarənin yüksəkliyi ani şəkildə itirməsi və ya bir tərəf üstə əyilməsi hallarında avtomatik olaraq hava gəmisinin burun hissəsinin 10 saniyədə bir dəfə endirilməsinə imkan verəcək.
İndoneziya və Efiopoyadakı təyyarə qəzalarının məhz bu informasiya ötürücülərinin nasazlığı səbəbindən baş verdiyi məlum olub.
Proqramın yenilənməsi iki ötürücüdən informasiya almağa, xəta ehtimalının azalmasına kömək edəcək.