ABŞ-da cütlük toydan iki saat sonra öldü

Baxış sayı: 2. 511 dəfə baxılıb.

ABŞ-da cütlük toydan iki saat sonra öldü

ABŞ-ın Texas ştatında cütlük toydan iki saat sonra helikopterin qəzaya uğraması nəticəsində ölüblər. 

ÇıxışYolu.Com “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Uill Beyler və onun həyat yoldaşı Beyli Akerman toy mərasimini helikopterlə tərk ediblər. 

Qısa müddət sonra helikopter qayaya çırpılıb, hadisə zamanı cütlük və pilot ölüb. 

Xilasedicilər helikopterin qalıqlarını və ölənlərin cəsədlərini səhər aşkar ediblər. 

Ailənin dostları bildiriblər ki, Uill və Beyli çox xoşbəxt olublar, toyları isə nağılı xatırladıb. 

www.ÇıxışYolu.Com