ABŞ-da gənci “Facebook”un canlı yayımında öldürdülər – VİDEO

ABŞ-da gənci “Facebook”un canlı yayımında öldürdülər – VİDEO

Baxış sayı: 3. 953 dəfə baxılıb.

ABŞ-ın Şimali Karolina ştatının sakini Prentis Robinson həyatının son anlarını videoya çəkib. Kameranın obyektivinə onun sonuncu həmsöhbəti – qatili də düşüb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

İnsident Yunion dairəsində, Uinqeyt Universiteti yaxınlığında baş verib.

“Facebook”da canlı yayım zamanı, ölümündən bir neçə dəqiqə əvvəl Prentis gələcək planları barədə danışır və Şarlotdan Atlantaya köçməyi arzuladığını bildirir.

Silahlı şəxsin ona yaxınlaşmasından sonra onun monoloqu yarımçıq qalır.

Musiqiçi bir neçə dəfə “Yalan demirsən ki?” ifadəsini işlədir.

Daha sonra atəş səsləri eşidilir və Prentis yerə yıxılır. Onun kamerası açıq qaldığından qətl yerini tərk etməyə çalışan cinayətkarı qeydə alır.

Prentisi izləyən sosial şəbəkə istifadəçiləri əvvəl heç nə anlamayıb və bir müddət onun striminə şərhlər yazıb.

Videonun əvvəlində Nikki Qeddi adlı istifadəçi deyir ki, onun “Burger King” restoranından tələsik çıxdığını görür.

Atəş anında Prentisin telefonunda GroupMe messenceri işə düşür və naməlum şəxs hamının təhlükəsizlik məqsədilə olduğu yerdə qalmasını istəyir.

Qətldən sonra polis qüvvələri hadisə yerini nəzarətə götürüb, universitetdə dərslər müvəqqəti olaraq təxirə salınıb.  Qatil hələ də axtarışdadır. Onun  qətl törədənə qədər Prentisi tanıyıb-tanımadığı araşdırılır.

www.ÇıxışYolu.Com