ABŞ-ın “Lockheed Martin” şirkəti yaxın gələcəkdə ABŞ əsgərlərinin sərəncamına veriləcək “ONYX” ekzoskeletinin hazırlanması ilə bağlı işləri yekunlaşdırır.
ÇıxışYolu.Com xəbər verir ki, əsgərin yorğunluq hissini aradan qaldıracaq döyüş kostyumunun videosunu “Breaking Defense” nəşri yayıb.
Ekzoskelet miniatür servo-intiqallar vasitəsilə işə düşür. Kostyumun çəkisi 6,4 kiloqramdır, iş müddəti akkumulyatordan asılı olaraq 8-16 saat arasında dəyişir.
Ekzoskeletin irimiqyaslı sınaqları 2018-ci ilin dekabr ayında start götürür. Testlər uğurla nəticələnəcəyi təqdirdə, şirkətin 2020-ci ildə Pentaqonla tədarük müqaviləsi bağlayacağı gözlənilir.