ABŞ-da hərbi təyinatlı plutonium yoxa çıxıb

ABŞ-da hərbi təyinatlı plutonium yoxa çıxıb

Baxış sayı: 2. 619 dəfə baxılıb.

ABŞ-ın Aydaho dövlət universitetinin əməkdaşları onların sərəncamında olan hərbi təyinatlı plutoniumun bir parçasını itirib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Live Scienceco” ABŞ-ın nüvə tənzimləmə komissiyasının bəyanatına istinadən məlumat yayıb.

Sonuncu dəfə radioaktiv maddənin uçotu 2004-cü ildə aparılıb. Həmin vaxt hər birində bir qram olan 14 plutonium-239 parçası sonradan basdırılması üçün qoruyucu məhfəzəyə yerləşdirilib. Bundan sonra plutonium haqqında qeyd məlumat bazasından silinib

Həmin parçanın yeri barədə heç bir məlumat yoxdur.

Nüvə tənzimləmə komissiyasının mətbuat katibi Viktor Driks, radioaktiv maddənin itməsinin məlumat bazasında qeydiyyatla bağlı səhv ucbatından baş verdiyini hesab edir. İtmiş parçanın radioaktiv materialların poliqonunda olduğu ehtimal edilir.

Bununla belə, komissiya universiteti səhlənkarlığa görə 8500 dollar məbləğində cərimələyib.

.
www.ÇıxışYolu.Com