ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb – YENİLƏNİB

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb – YENİLƏNİB

Baxış sayı: 3. 234 dəfə baxılıb.

ABŞ-ın Corciya ştatında orduya aid C-130 “Hercules” hərbi nəqliyyat təyyarəsinin yerə çırpılması nəticəsində beş nəfər həlak olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə WCJB telekanalı ABŞ Milli qvardiyasının HHQ-i komandanlığına istinadən məlumat yayıb.

Bundan əvvəl qəza zamanı iki nəfərin həyatını itirdiyi bildirilirdi.

21:06

Corciya ştatında ABŞ hərbi hava qüvvələrinə aid C-130 “Herkules” hərbi nəqliyyat təyyarəsi Savanna/Hilton Hed aeroportu yaxınlığında qəzaya uğrayıb.

ÇıxışYolu.Com “Associated Press”ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində beş nəfər olub.

Onlardan ikisi həlak olub. Təyyarənin avtomobil yolu yaxınlığında yerə çırpıldığı bildirilir. Hadisə yerinə xilasedicilər və təcili-tibbi yardım dəstələri səfərbər olunub. Qəzanın səbəbi araşdırılır. 

.
www.ÇıxışYolu.Com