ABŞ-da hadisə şahidləri oğruya divan tutdular

Baxış sayı: 2. 537 dəfə baxılıb.

ABŞ-da hadisə şahidləri oğruya divan tutdular

ABŞ-ın Filadelfiya şəhərində izdiham içərisində üç uşaq olan avtomobili oğurlayan şəxsi ölənədək döyüb. 

Bu barədə “İnterfaks” CNN-ə istinadla xəbər verir. 

54 yaşlı Erik Hud avtomobili dayanacaqdan qaçıran zaman, uşaqların valideynləri mağazada olublar.  

Polisin sözlərinə əsasən, avtomobil tıxaca düşdüyü üçün valideynləri qaçaraq ona çata biliblər. Hud uşaqların atasına yumruq vurub və qaçmağa çalışıb. Lakin hadisənin şahidləri onu saxlayaraq döyüblər. Bir qədər sonra isə Xud xəstəxanada ölüb.

Filadelfiya polisinin kapitanı Ceyson Smit bildirib ki, Huda hücum edənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün hazırda videoyazılar nəzərdən keçirilir. Hələ ki, heç kim saxlanılmayıb.

Hadisə zamanı uşaqların xəsarət almadıqları bildirilir.