ABŞ-da hakerlər milyonlarla plastik kartın məlumatlarını oğurladı

ABŞ-da hakerlər milyonlarla plastik kartın məlumatlarını oğurladı

Baxış sayı: 2. 795 dəfə baxılıb.

Rusdilli “Fin 7” (eyni zamanda “JokerStash” adı ilə tanınan) haker qruplaşmasının üzvləri ABŞ-ın məşhur geyim mağazaları şəbəkəsi “Saks Fifth Avenue and Lord & Taylor”un müştərilərinin  5 milyona yaxın kredit və debet kartı haqqında məlumatları ələ keçirib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “The New York Times”  kibertəhlükəsizliklə əlaqəli “Gemini Advisory” şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, ödəniş kartlarının məlumatları ötən ilin may ayından bu ilin mart ayına kimi  mağazaların kassa kompüterlərini yoluxdurmuş, zərərli proqram təminatı vasitəsilə hasil edilib.

Hələlik virusun hansı yolla kassa aparatlarına düşdüyü müəyyən edilməyib. Habelə istisna deyil ki, haker qruplaşması buna fişinq yolu ilə nail olub.  

Ehtimala görə, hakerlə pərakəndə satış mağazalarının əməkdaşlarına aldadıcı məktublar göndərərək, onları linklə viruslu sayta yönləndirib.

.
www.ÇıxışYolu.Com