ABŞ-da ilk dəfə hicablı qadın aparıcı oldu

ABŞ-da ilk dəfə hicablı qadın aparıcı oldu

Baxış sayı: 2. 505 dəfə baxılıb.

ABŞ-ın İllinoys və Ayova ştatlarında yayımlanan yerli telekanalda xəbər aparıcılığına başlayan 27 yaşlı Tahera Rəhman ölkənin ilk hicablı xəbər aparıcısı kimi tarixə düşüb.

ÇıxışYolu.Com xəbər verir ki, “WHBF” adlı yerli televiziya kanalında işləməyə başlayan Tehera Rəhman əvvəlcə həmin kanalda iki ildən artıq bir müddət ərzində xəbər prodüseri olaraq çalışıb.

Rəhmanın anasının hindistanlı, atasının pakistanlı, özünün isə Çikaqo yaxınlığında anadan olduğu bildirilib.

Telekanalın xəbərlər departamentinin müdiri 8 fevralda ilk canlı efirinə çıxan Rəhmanın fəaliyyətinin son dərəcə uğurlu olduğunu deyib.

Çikaqo Loyola Universitetinin jurnalistika fakültəsinin məzunu olan Rəhman da mediada çalışmağı çox sevdiyini və bir müsəlman olaraq işində uğur qazanmaq istədiyini ifadə edib.

Ölkə mətbuatında yazılır ki, ABŞ prezidenti Donald Trampın prezidentliyə gəlməsindən sonra ölkə daxilində islamofobik hücumlar və müsəlmanları hədəf alan cinayətlər artan bir zamanda Rəhmanın uğuru regionda yaşayan müsəlmanlar üçün qürur mənbəyi olub.

.
www.ÇıxışYolu.Com