ABŞ-ın Kaliforniya ştatında güclü meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan olunub.
TASS xəbər verir ki, bu barədə qubernator Qevin Nyusom açıqlama verib.
Bundan əlavə yanğın təhlükəsinin daha çox olduğu yerlərdə 200 min insan təxliyə edilib.
Yanğınlarla əlaqədar elektrik enerjisinin planlı kəsilməsi səbəbindən 940 min abonent işıqsız qalacaq.
Ümumilikdə meşə yanğınları iki milyon ştat sakininə zərər vurub.