Nyu-York hüquq mühazifə orqanları şənbə günü amerikalı milyarder Ceffri Epşteyni seksual istismar məqsədi ilə insan satmaq ittihamı ilə həbs edib.
Bu barədə “The New York Times” qəzetinin elektron versiyası yazır.
Epşteyn bazar ertəsi məhkəmə qarşısına çıxacaq.
Nəşrin məlumatına əsasən, Epşteyn ABŞ prezidenti Donald Tramp, eləcə də ölkənin sabiq lideri Bill Klintonla yaxşı münasibətlərdə olub.
Qeyd edək ki, milyarderin məhkəmə qarşısına çıxdığı ilk dəfə deyil. Epşteyn 2008-ci ildə həddi-buluğa çatmayan fahişələrlə cinsi münasibətdə olmaqda da ittiham olunaraq, 13 ay həbxsanada keçirmişdi.