ABŞ-da müəllimi şagirdi ilə intim münasibətlərə görə cəzalandırdılar

Baxış sayı: 4. 819 dəfə baxılıb.

ABŞ-da müəllimi şagirdi ilə intim münasibətlərə görə cəzalandırdılar

ABŞ-ın Hamilton Ali Məktəbinin bədən tərbiyəsi müəllimi və voleybol məşqçisi Hilari Datilo 16 yaşlı qız tələbəsinə qarşı zorlamada ittiham olunub.

ÇıxışYolu.Com xəbər verir ki, hadisə ötən il baş verib.

Hadisənin üstünü tələbənin valideynləri açıb.

Keçirilən məhkəmənin çıxardığı qərara görə, 30 yaşlı Datilonun müəllimlik lisenziyası əlindən alınıb. Həmçinin o, həmin ali məktəbdən min futdan (təxminən üç km – S.M.) yaxın məsafədə yaşaya bilməz.

O, beş il müddətinə islahedici mərkəzdə davranış üzrə terapiya proqramı keçməli, ictimai işlər görməlidir. Bundan başqa, keçmiş peşəkar voleybolçu olmuş Datiloya narkotik vasitələr, spirtli içkilərdən istifadə və qurbanla əlaqə qurmaq qadağan edilib. Onun adı 15 il müddətinə seksual cinayətkarların siyahısında olacaq.

Qeyd edək ki, Hilari Datilo ötən ilin avqustunda bu məktəbdə işləməyə başlayıb. Ötən ilin dekabrında isə onun əməli aşkara çıxıb və işindən azad edilib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com