ABŞ-da müalicəsi olmayan infeksiya yayıldı

ABŞ-da müalicəsi olmayan infeksiya yayıldı

Baxış sayı: 2. 595 dəfə baxılıb.

ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika Mərkəzinin hesabatına görə, ötən il ölkədə bütün antibiotiklərə davamlı olan bakteriyaların səbəb olduğu 221 yeni infeksiyaya yoluxma halı qeydə alınıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda elmi məqalə “Vital Signs” jurnalında dərc olunub.

Məlumata görə, antibiotiklərə davamlı mikrobların aşkarlandığı tibb müəssisələrində hər 10 nəfərdən biri super-infeksiyanın daşıyıcısı olub. Maraqlıdır ki,  xəstəlik bir müddət heç bir simptomlarla müşayiət olunmayıb.

Bu mikroblar dərman preparatları ilə qarşılıqlı əlaqəyə girməyən genlərə sahib olur və genlər orqanizmin başqa bakteriyalarına da ötürülə bilir.  Beləcə sağlam insanlar ölümcül təhlükəli xəstəliklərin daşıyıcısına çevrilir.

Sənəddə tibb müəssisəsinin əməkdaşlarına antibiotiklərə müqavimət göstərə bilən mikro-orqanizmlərin tez bir zamanda hərtərəfli müayinə edilməsi tövsiyə olunur.

.
www.ÇıxışYolu.Com