ABŞ-da mühacirlər gizlənmək istədilər, hərbi bazaya düşdülər

Baxış sayı: 2. 722 dəfə baxılıb.

ABŞ-da mühacirlər gizlənmək istədilər, hərbi bazaya düşdülər

Belçikada ABŞ hərbi bazasına daxil olan yük maşınından iraqlı mühacirlər çıxıb.

Bu barədə Lenta.ru yazır.

İnsident aprelin 5-də Eno əyalətində yerləşən “Şyevr” hava bazasında (ABŞ hava qüvvələrinə aid – red.) qeydə alınıb. Yük maşını Almaniyadan gəlib və bazaya müxtəlif Amerika məhsulları gətirib. Yük maşının içindən çıxan mühacirləri sürücünün özü də təəccüblə qarşılayıb.  

Mühacirlərin qapalı obyektə düşməsi nəzarət-buraxılış məntəqəsində olanların təhlükəsizlik protokollarını pozmazı ucbatından baş verib. Belə ki, bazaya daxil olan nəqliyyat vasitəsini yaxşı yoxlamayıblar. Mühacirlər içəri qapının kilidini sındırmadan daxil ola bilib.

İraqlı mühacir qrupu beş kişi, bir qadın və iki uşaqdan ibarət olub. Onlar yük maşınının hərbi bazaya yollandığından xəbərsiz olub. Aşkarlandıqdan sonra onlar miqrasiya xidmətinə təhvil verilib.