ABŞ-da naməlum şəxs girovları güllələdi

Baxış sayı: 4. 564 dəfə baxılıb.

ABŞ-da naməlum şəxs girovları güllələdi

ABŞ-da insanları girov götürən naməlum şəxs dörd nəfəri güllələyib. 

Associated Press-in məlumatına görə, hadisə Klinton şəhərində (Missisipi ştatı) baş verib. 

İlkin məlumata görə, hadisəyə məişət zəminində yaranmış münaqişə səbəb olub. Naməlum şəxs bir neçə nəfəri evdə 12 saat girov saxlayıb. 

Polis əməkdaşları girov saxlanılan iki uşağı xilas ediblər. 

Hadisənin səbəbkarı artıq saxlanılıb.