Perunun sabiq prezidenti Alexandro Toledo Birləşmiş Ştatlarda həbs olunub.
“RİA Novosti” xəbər verir ki, Toledo onun ölkəsinə mümkün ekstradisiyası üzrə proses çərçivəsində ABŞ-ın məhkəmə orqanları qarşısına çıxarılıb.
Vətənində sabiq prezident korrupsiyada ittiham olunur. Toledonun ayağına yazılan ümumi rüşvətin məbləği 20 milyon dollardır.